Over the course of many years, without making any great fuss about it, the authorities in New York disabled most of the control buttons that once operated pedestrian-crossing lights in the city. Computerised timers, they had decided, almost always worked better. By 2004, fewer than 750 of 3,250 such buttons remained functional. The city government did not, however, take the disabled buttons away—beckoning countless fingers to futile pressing.
Initially, the buttons survived because of the cost of removing them. But it turned out that even inoperative buttons serve a purpose. Pedestrians who press a button are less likely to cross before the green man appears, says Tal Oron-Gilad of Ben-Gurion University of the Negev, in Israel. Having studied behaviour at crossings, she notes that people more readily obey a system which purports to heed their input.
Inoperative buttons produce placebo effects of this sort because people like an impression of control over systems they are using, says Eytan Adar, an expert on human-computer interaction at the University of Michigan, Ann Arbor. Dr Adar notes that his students commonly design software with a clickable “save” button that has no role other than to reassure those users who are unaware that their keystrokes are saved automatically anyway. Think of it, he says, as a touch of benevolent deception to counter the inherent coldness of the machine world.
That is one view. But, at road crossings at least, placebo buttons may also have a darker side. Ralf Risser, head of FACTUM, a Viennese institute that studies psychological factors in traffic systems, reckons that pedestrians’ awareness of their existence, and consequent resentment at the deception, now outweighs the benefits. | Uzun illər boyunca Nyu Yorkdakı hakimiyyət orqanları səs-küy yaratmadan bir vaxtlar şəhərdəki piyada keçidlərinin işıqlarını idarə edən düymələrin əksəriyyətini tədricən deaktiv etmişdir. Onlar kompüterləşdirilmiş taymerlərin demək olar ki, bütün hallarda daha yaxşı işlədiyi qənaətində idilər. Artıq 2004-cü ildə 3250 düymədən 750-si belə funksional vəziyyətdə deyildi. Lakin şəhər hakimiyyəti deaktiv düymələri yığışdırmamışdı. Beləliklə, hər gün saysız-hesabsız insan bu düymələri əbəs yerə işlətməyə çalışırdı. İlk vaxtlar düymələrin yığışdırılması üçün çox xərc tələb olunduğundan onlar qalmaqda davam edirdi. Lakin məlum oldu ki, işləməyən düymələr belə müəyyən məqsədə xidmət edir. "Düyməni basan piyadaların yaşıl işıq görünənə qədər yolu keçməsi ehtimalı daha aşağıdır", - deyə İsraildə yerləşən Negevdə Ben-Qurion Universitetindən Tal Oron-Gilad bildirir. Yol davranışlarını tədqiq edən xanım qeyd edir ki, insanlar daxil etdikləri əmrləri nəzərə alan sistemə riayət etməyə daha meyllidirlər. Ann Arbor şəhərində yerləşən Miçiqan Universitetində insan-kompüter ünsiyyəti üzrə ekspert Eytan Adarın fikrincə, "İşlək vəziyyətdə olmayan düymələr bu cür plasebo effektini ona görə yaradır ki, insanlar istifadə etdikləri sistemlər üzərində nəzarətə sahib olduqları düşüncəsini xoşlayırlar". Dr. Adar qeyd edir ki, onun tələbələri müntəzəm olaraq dizayn etdikləri proqram təminatlarında basıla bilən "yaddaşda saxla" düyməsini yaradırlar, halbuki bütün daxiletmələr avtomatik olaraq yaddaşda saxlanır. Düymənin yeganə rolu ondan ibarətdir ki, bu funksiyadan xəbərdar olmayan istifadəçilər daxil etdikləri əmrlərin yaddaşda saxlandığına əmin olsunlar. Dr. Adar söyləyir: "Bunu maşın dünyasına xas olan soyuqluğa müqavimət göstərmək üçün xoş bir yalan kimi qəbul etmək olar". Bu, məsələyə bir yanaşmadır. Ən azı yol keçidlərində plasebo düymələrin daha qaranlıq tərəfləri də ola bilər. Nəqliyyat sistemlərində psixoloji amilləri tədqiq edən Vyanadakı FACTUM institutunun rəhbəri Ralf Risser hesab edir ki, piyadaların məsələdən xəbərdar olması və nəticədə yalanla bağlı yaranmış narazılıq hazırda bu düymələrin faydasını üstələməkdədir. |